Ölkə futbolu
Lyuyiç qayıda bilər
“Səbail”in sabiq futbolçusu Matiya Lyuyiç yenidən Azərbaycanda çıxış edə bilər.
Futbolinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, “Uypeşt”in yarımmüdafiəçisi Premyer Liqadan təklif alıb.
Ötən ilin yayında icarə əsasında çıxış etdiyi “Səbail”dən ayrılaraq müqavilə ilə məxsus olduğu “Uypeşt”ə dönən 30 yaşlı serbiyalı sentyabrdan bəri heç bir oyunda iştirak etməyib. Macarlar onun adı açıqlanmayan Azərbaycan klublarından birinə keçə biləcəyini istisna etməyiblər.
Qeyd edək ki, Matiya Lyuyiç ötən ilin ilk 6 ayında “Səbail”in formasını geyinib.