Dünya futbolu
“Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm” – Dadaşov
Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 26-cı turunun “Çemnitzer”lə oyununda (1:3) penaltini dəqiq yerinə yetirə bilməyən komandanın azərbaycanlı hücumçusu Rüfət Dadaşova “Dinamo”nun baş məşqçisi Dirk Kunert dəstək çıxıb.
Futbolinfo.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, almaniyalı məşqçi Dadaşovun komanda üçün önəmli olduğunu söyləyib:
“Rüfət Dadaşova tam güvənirəm. O, bizim üçün hər yerdə – meydanda, paltardəyişmə otağında öz çıxışı ilə inanılmaz dərəcədə vacibdir. Rüfət təbii ki, boşa verilən penaltiyə görə narahatdır. Amma bu, artıq başqalarının da başına gəlib. Biz kədərlənməməliyik, bundan güc almalıyıq”.
14 qolla liqanın bombardiri olan forvard özü isə bu epizoda görə üzüldüyünü bildirib:
“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Qol vursaydım, hesab 2:2 olardı, onda geridönüş edə bilərdik. Bu yaxınlarda xəstə idim, oyun üçün böyük planlarım var idi və komandaya kömək etmək istəyirdim. Lakin bacarmadım. Çox üzgünəm”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı