Bizi izləyin

Ölkə futbolu

Məğlubiyyətsiz “Bayer”: Bakıdan gedəndən bəri 17 matçda uduzmayıb

blank
blank

Tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalına vəsiqə qazanan “Qarabağ” tarixində ikinci dəfə bir mövsümdə bir komanda ilə ikinci dəfə üz-üzə gələcək. Bəli, 2019/20 mövsümündə bunun acısını yaşamışıq. Niyə məhz acı? 5 il əvvəl “Qarabağ” iki dəfə onunla üz-üzə gələn rəqiblə bacarmamışdı. Bəli, söhbət Nikosya APOEL-indən gedir.

Hərçənd 2019-cu ildə ÇL-in 3-cü təsnifat mərhələsində Ağdam klubu kiprliləri keçməyə yaxın idi. Amma səfərdə 2:0 hesablı üstünlüyünü qoruya bilməyən təmsilçimiz matçın sonlarında qapısında top gördü. Bakıda da 0:2 hesabı ilə məğlub olub Avropa Liqasına yuvarlandıq. İş elə gətirdi ki, Qurban Qurbanovun komandası bu turnirin qrupunda yenə APOEL-lə qarşılaşdı. Burada işlər qaydasında getmədi. Kiprdə 1:2 hesabı ilə məğlub olduq, Bakıda da heç-heçə qeydə alındı – 2:2. Sonu lap pis oldu: APOEL “Sevilya”nın ardınca 2-ci yeri tutaraq növbəti mərhələyə adladı.

Belə pis təcrübədən sonra “Bayer”ə qarşı nə edə bilərik ki? Hər halda, hazırkı “Bayer” hara, o dövrün APOEL-i hara?! Hərçənd, Nyondakı püşkatma mərasimi bizim üçün yaxşı başlamışdı. Ən təhlükəli rəqib olan “Liverpul”dan ilk cəhddəcə sovuşduq. Son iki rəqibə gələndə anladıq ki, ya “cek-potu partladacağıq”, ya “müflis olacağıq!. Təəssüf ki, “Slaviya” (bəlkə də) “Milan”ı xoşbəxt etməyə getdi, bizə ikinci ən çətin rəqib düşdü. Yəni, “müflisləşdik”.

Hərçənd, bir yandan da “Qarabağ”a “müflis” demək olmur, çünki “Qarabağ”ın zəngin “Bayer”, Qurbanovun isə Xabi Alonso təcrübəsi var. Bu, hardasa zənginlik əlamətidir. Bəli, sanki Tanrı Qurban bəyə qrup mərhələsindəki oyunlardan sonra ilham göndərdi ki, get, Leverkuzendəki məşqləri də izlə. Qəribədir… Nə sirrdirsə, “Braqa” ilə oyunlarda da “Qarabağ” mistik hadisələrlə üzləşdi. Portuqaliyadakı oyunda Mateus Silva ilə Nəriman Axundzadə etdiyi səhvləri Bakıda düzəltdi. Özü də azlıqda qaldıqları halda…

Bəli, “Qarabağ”ın artıq zəngin məlumatı var dedik, amma “Bayer” də Bakıdakı oyundan sonra yerində saymayıb. Rəqib istər-istəməz bu mərhələdə tam fərqli şəkildə mübarizə aparacaq. Bu dəfə paytaxtımıza daha iddialı şəkildə gələcəklər. Təbii ki, oyun ərəfəsində leverkuzenliləri yenidən təhlil edəcəyik. Daha doğrusu, onlara mikraskop altında baxacağıq. İndi isə “böyük beşlik” ölkələrində məğlub olmayan, bununla yanaşı, 33 oyun uduzmayaraq “Bayern”in Almaniya rekordunu yeniləyən komandaya teleskopla baxacağıq. Çünki səma cismi kimi çox əzəmətli komandadır. Onlara indi ancaq teleskopla baxmaq lazımdır.

Çox danışmayacağıq. Çünki bu müddət ərzində bu komandada qlobal dəyişiklik baş verə bilməz. Əsas onu deyək ki, “Qarabağ”la oyundan sonra Xabi Alonsonun komandası 17 oyun keçirib. Bir də hazırlıq görüşündə “Venetsiya” ilə qarşılaşıblar ki (4:1 hesabı ilə qalib gəliblər), rəsmi görüş olmadığından onu bu rəqəmlərin içində “qaynatmırıq”. Bu 16 oyunun 14-də “Bayer” qələbə qazanıb, 3 görüşdə də heç-heçə qeydə alınıb. Heç-heçələr Bundesliqa çərçivəsində qeydə alınıb ki, bunun da ikisi ev oyunlarında olub. Maraqlıdır ki, hər iki ev heç-heçəsi “Borussiya”larla oyuna təsadüf edib. Hər halda, dortmundlularla evdə 1:1-i anlayışla qarşılamaq lazımdırsa, mönxenqladbaxlılarla matçda hesabın açılmaması qəribə oldu. Maraqldır ki, “Bayer” bu mövsüm yalnız 1 oyunda qol vura bilməyib ki, bu da məhz mönxenqladbaxlılarla görüşdə olub.

Bu 17 oyunda yeganə səfər heç-heçəsi “Ştutqart”la matçda qeydə alınıb – 1:1.  Qazanılan 14 qələbə haqda isə danışmağa isə ehtiyac yoxdur. Təkcə bundesliqanın 21-ci turda Leverkuzendə “Bayern”i 3:0 hesabıyla məğlub etmək nəyə desəniz dəyər. Doğrudur, münhenlilər bu oyundan sonra “Bohum”a da uduzdular. “Bayer” də bundan məharətlə istifadə edib 23-cü tur öncəsi münhenlilərlə xal fərqini 8-ə qaldırdı. Bu da o deməkdir ki, Xabi Alonso tarixində ilk dəfə “Bayer”ə Bundesliqanı qazandırmağa yaxındır.

O ki qaldı son 17 oyunda “Bayer”in top fərqinə, “aspirinlər” bu müddət ərzində 42 top vurub qapısında isə 10 top görüb. 17 oyunun 9-da ümumiyyətlə “Bayer” top buraxmayıb.  Bəli, dəhşətli dərəcədə qorxunc statistikadır. Təbii ki, hər bir şeyin sonu olduğu kimi bu komandaya da “dur” deyən tapılacaq. “Qarabağ”la oyuna qədər səfərdə “Köln”lə də qarşılaşacaqlar. Bu oyunda uduzarlarmı, deyə bilmərik, amma “Qarabağ” mərhələ adlamaq istəyirsə, Bakıda ilki reallaşdırmalıdır. Ümid edirik ki, bu, baş verəcək. Doğrudur, Elvin Cəfərquliyevlə Julio Romaonun yoxluğu hiss oluna bilər. Amma ümid edirik ki, Qurbanov da bir şey fikirləşəcək, oyunumuz da alınacaq. Ən pis halda, bəxt üzümüzə güləcək.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm