Ölkə futbolu
“Məqsədimiz derbidə üç xal qazanmaqdır”
“Oyuna yaxşı hazırlaşmışıq, həftə boyu gərgin məşqlər keçmişik. Baş məşqçinin verdiyi tapşırıqlar üzərində işləmişik”.
Futbolinfo.az xəbər verir ki, komandamızın futbolçusu Abdulla Rzayev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib.
Gənc müdafiəçi “Turan Tovuz” ilə bağlı fikirlərini bölüşüb: “Oyun həm də derbidir. Qələbə barədə düşünürük. Məqsədimiz üç xal qazanmaqdır. İnşallah, belə də olar. İndiki vəziyyətdə bizə hər oyundan xal və xallarla ayrılmaq lazımdır”.
Rzayev bildirib ki, bundan öncəki turda “Qarabağ” ilə görüşdə qazanılan bir xal onlar üçün motivasiya olub: “Əhval-ruhiyyəmiz yerindədir, yaxşıdı. Azarkeşlərin də güclü dəstəyi ilə bizə lazım olan nəticəni qazanacağıq”.
Komandaya qışda transfer olunan 20 yaşlı futbolçu öz oyunu haqqında danışmağı xoşlamadığını deyib. Onu da əlavə edib ki, fikri kənardakılar bildirsələr, yaxşı olar: “Məşqçilər, azarkeşlər oyunumu qiymətləndirə bilərlər. Mənim işim komandanın yaxşı çıxışına kömək etməkdir. Çalışırıq ki, “Kəpəz” turnir cədvəlində üst pillələrə yüksəlsin”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib