Digər idman növləri
Məşhur basketbolçu karyerasını başa vurduğunu elan etdi
Milli Basketbol Assosiasiyasının çempionu, ispaniyalı oyunçu Mark Qazol doğma Barselona şəhərində mətbuat konfransı keçirərək, karyerasını başa vurduğunu açıqlayıb.
20 illik karyerası ərzində (2003-23) Qazol MBA çempionu (2019), MBA-da ilin ən yaxşı müdafiəçisi (2013) olub, üç dəfə All-Star (2012, 2015, 2017) oyununda iştirak edib.
Xatırladaq ki, MBA-da o, “Memphis Grizzlies”, “Toronto Raptors” və “Los Angeles Lakers”də oynayıb. The “Athletic” nəşrinin məlumatına görə, Memfisdə onin çıxış etdiyi 33 nömrəli forma əbədiləşdiriləcək.
Qazol İspaniya millisi ilə Dünya Çempionatında iki dəfə qızıl medal (2006, 2019) qazanıb. Beş dəfə Avropa Çempionatında iştirak edib (2009 və 2011-də qızıl; 2007-də gümüş; 2013 və 2017-də bürünc). Bundan başqa o, iki dəfə Olimpiya Oyunlarının gümüş mükafatçısı olub (2008, 2012).
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var