Digər idman növləri
Madrid mərhələsi süni işıqlandırma altında keçirilə bilər
Formula 1 azarkeşləri Yaxın Şərqdəki qran-prilərin qaranlıqda, süni işıqlandırma altında keçirilməsinə alışıb. İlk dəfə belə bir yarış Sinqapurda olub. Ondan sonra ərəb ölkələri eyni metoddan istifadə etməyə başlayıb.
Avropada isə bu vaxta qədər heç bir yerdə süni işıq altında qran-pri təşkil edilməyib. Madrid yarışının rəhbərliyi bu boşluğu aradan qaldırmaq fikrindədir. 2026-cı ilin sentyabrına planlaşdırılan yarışda promouterlər süni işıqlandırmadan istifadə haqqında düşünürlər. Məhz bu səbədən də onlar ötən həftə Səudiyyə Ərəbistanı qran-prisində olublar.
Hələlik bu ideya tam təsdiqini tapmayıb. Belə ki, süni işıqlandırma üçün kifayət qədər vəsait və kəsintisiz enerji lazımdır. Promouterlər bununla bağlı Madrid meriyasına müraciət edib. Müsbət cavab gəldiyi halda, Avropada ilk dəfə qaranlıqda yarış baş tuta bilər.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı