Ölkə futbolu
Mahir Emreli içki düşkünüdür?
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı performansı Xorvatiya mətbuatında gündəm mövzusuna çevrilib.
Futbolinfo.az “dnevno” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçunun daha əvvəl “Legiya”da başına gələnlər ön plana çəkilib.
Emrelinin Polşa klubunda olarkən azarkeşlərlə problem yaşaması, oradan qalmaqallı şəkildə ayrılması yazılıb və bunun xarakterlə bağlı olduğu bildirilib. Yerli KİV polşalıların yığmamızın üzvünü “spirtli içki düşkünü” kimi qələmə vermələrini xüsusi vurğulayıb: “Dinamo”nun tarixində spirtli içki içməyi sevən, tənbəl oyunçular kifayət qədər olub. Bu cür oyunçuların azarkeşlərin böyük hissəsi tərəfindən sevilməsi qeyri-adi haldır. Çünki onlar az iş, çox əyləncə sevirlər. Mahir Emreli də əvvəlki klubunda bu baxımdan problem yaşamış, orada spirti içki qəbul etdiyi iddia edilirdi. Bu amil də əvvəlki nümunələrin xatırlanmasına gətirib çıxarıb”.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, hazırda zədə üzündən meydana çıxmır.