Ölkə futbolu
Mahirdən “Legiya”dakı rəsmi debüt matçında iki qol!
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Norveçin “Bude Qlimt” komandası ilə görüşün iştirakçısı olub.
“Legiya” bu rəqibi ilə ilk oyunu səfərdə keçirib. Polşa çempionu rəqibini 3:2 hesabıyla məğlub edib.
Mahir bu oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının iki qolunu məhz azərbaycanlı futbolçu vurub. O, 41 və 61-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
Xatırladaq ki, Mahir “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”