Dünya futbolu
Mahir Emreli: “Özümdən daha çox şey gözləyirəm”
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreli Sloveniyanın “Nafta” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Yaxşı oynadıq, amma özümdən daha çox şey gözləyirəm. Səhər məşqindən sonra matça çıxmaq asan deyildi. Hazırlıq dövründə bunlar normal şeylərdir. İnanıram ki, ilk rəsmi matçadək formada olacağıq”.
Ötən il koronavirusa yoluxduğunu söyləyən Azərbaycan millisinin forvardı həmin vaxt tam hazırlaşa bilmədiyini vurğulayıb: “Mənə ağır idi. Amma indi özümü yaxşı hiss edirəm. Çünki ilk gündən komandanın məşqlərində iştirak edirəm. Bu atmosferi hiss etmək önəmlidir”.
Mahir Emreli “Nafta”ya qarşı görüşdə sonuncu qolun müəllifi olub. O, 83-cü dəqiqədə fərqlənib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü