Ölkə futbolu
Mahir Emreli planları pozdu – satılacaqdı…
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin zədələnməsi klubu Zaqreb “Dinamo”sunun planlarını pozub.
Futbolinfo.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komandanın 26 yaşlı hücumçunu satmaq istəyinin reallaşmaq şansı azalıb.
Qış təlim-məşq toplanışı çərçivəsində “Roqaşka” ilə yoxlama görüşünün 60-cı dəqiqəsində diz bağlarında ağrı hiss etdiyi üçün əvəzlənən Emreli təxminən 6-8 həftə müalicəyə cəlb olunacaq. Bu da onunla maraqlanan Türkiyə və Kipr klublarını fikrindən daşındırıb. Çünki yığmamızın üzvü ən yaxşı halda martda yaşıl meydanlara dönə biləcək.
İndi yalnız “Rubin” variantının qüvvədə qaldığı bildirilir. Rusiyada “transfer pəncərəsi” fevralın 22-dək açıq olacaq. Kazan təmsilçisi həmin vaxta qədər Emrelinin durumunu diqqətdə saxlayacaq. Ancaq bu keçidin baş tutmaq ehtimalı da az görünür. 26 yaşlı oyunçu ilə maraqlanan komandalar indi mövsümün sonunu gözləməyi düşünürlər. Emrelinin “Dinamo”da qalması isə zaqreblilərin yeni futbolçu transfer etmək işini çətinləşdirir.
Qeyd edək ki, Mahir Emreli 2026-cı ilin yayına qədər müqavilə ilə “Dinamo”ya məxsusdur.