Ölkə futbolu
Mahir Emrelidən “Legiya”da növbəti qol
Polşanın “Legiya” komandası bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.
Polşa çempionu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. 24 yaşlı hücumçu ilə 39-cu dəqiqədə qapıçının səhvindən sonra hesabı açıb.
Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə