Dünya futbolu
Mahir Emrelidən Polşada növbəti qol
Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rakuv”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.
Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 34-cü dəqiqədə məhz Emreli vurub.
9 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə