Dünya futbolu
Mahir Emrelinin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşdı
Polşanın “Legiya” klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.
51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
İstefaya komandanın son oyunlardakı uğursuz çıxışı səbəb olub. Ötən mövsüm çempion olan “Legiya” cari mövsümdə xüsusilə Polşa çempionatında bərbad çıxışı ilə diqqət mərkəzindədir. Komanda son dörd oyunundan məğlubiyyətlə ayrılıb.
12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
Artıq “Legiya”nın yeni baş məşqçisi də məlumdur. Klubun rəsmi saytının yaydığı məlumata görə, rəhbərlik bu postu əvəzedici komandanı çalışdıran Marek Qolembevskiyə tapşırıb. O, bu mövsümün əvvəlindən klubun ikinci komandasını çalışdırırdı.
Sonda onu da qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də “Legiya”da çıxış edir.
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”