Dünya futbolu
Makallister yayda gedəcək
“Çelsi” və “Mançester Siti”nin transfer hədəfində olan Aleksis Makallister “Brayton”u tərk etməyə hazırlaşır. Argentinalı dünya çempionu yayda klubunu dəyişəcək.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” hazırda Cud Bellingemin keçidi üzərində daha çox çalışır. Ona görə də Argentina millisinin üzvüylə bağlı ciddi səy göstərmirlər. İngiltərə millisinin üzvü üçün Dortmund “Borussiya”sı ilə anlaşmaq mükün olmasa, ehtiyat variant məhz Makallisterdir.
Bir ildir “Brayton”un məşqçi və futbolçularını düşərgəsinə daşımaqla məşğul olan “Çelsi” isə Aleksisə marağını gizlətmir. Londonluların yaydakı ilk hədəfi məhz bu yarımmüdafiəçidir.