Ölkə futbolu
“Makkabi” – “Zirə” matçında anşlaq olacaq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə “Makkabi” (Təl-Əviv) arasında İsraildə keçiriləcək cavab oyununda anşlaq olacaq.
Futbolinfo.az xəbər verir ki, İsrail mətbuatı “Makkabi”nin yeni mövsümdəki ilk ev oyunlarına böyük maraq olduğunu yazıb.
Belə ki, 2022/23 mövsümü üçün azarkeş abunəliyi yenilənib. 18 min azarkeş klubun elanından dərhal sonra mövsümlük abunəliyini yeniləyib.
“Makkabi” rəhbərliyi “Zirə” ilə oyun üçün satışa çıxarılacaq biletlərin qısa müddətdə alınmasını gözləyir. “Zirə” ilə matçda 29 min 400 nəfərlik tutuma malik “Blumfild” stadionunun dolu olacağı proqnozlaşdırılır.
“Zirə” ilə “Makkabi” arasında ilk oyun iyulun 21-də “Dalğa Arena”da, cavab matçı isə bir həftə sonra İsraildə keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var