Digər idman növləri
Maks Ferstappen üçün iki cangüdən
Bu həftənin sonunda Formula 1 üzrə dünya çempionatının Meksika qran-prisi keçiriləcək. Məlum olduğu kimi, yerli publika burada sevimli sürücüləri olan “Red Bull” pilotu Serxio Peresi çılğın şəkildə dəstəkləyir.
Meksikalı fanatların temperamentini nəzərə alan Avstriya komandası Maks Ferstappen üçün iki cangüdən ayırıb. Ötən həftə ABŞ qran-prisində tribunada çoxluq təşkil edən meksikalı azarkeşlər niderlandlı sürücünü fitə basırdılar.
“Əslində Maks bu tədbirlərin görülməsini istəmir. Ancaq biz onun üzərində məsuliyyət daşıyırıq. Buna görə də, belə bir qərar qəbul etdik”, – deyə komandanın məsləhətçisi Helmut Marko bildirib.
Xatırladaq ki, son 5 Meksika qran-prisindən 4-də Maks Ferstappen qələbə qazanıb. Ötən il keçirilən yarışın mükafatlandırma mərasimində niderlandlı sürücü 3-cü yeri tutan Peresi də fəxri kürsünün ən yüksək pilləsinə dəvət etmişdi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı