Dünya futbolu
“Malaqa”dan ayrıldı, Super Liqa klubuna keçdi
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq İspaniyanın “Malaqa” klubunun formasını geyinən Cenk Göneni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti mövsümün sonuna qədərdi. Cenk yeni komandasında 12 nömrəli formanı geyinəcək.
Cenk Gönen “Malaqa”ya 2017-ci ildə transfer olunmuşdu. 31 yaşlı qolkiper karyerası ərzində “Göztəpə”, “Dənizlispor”, “Altay”, “Beşiktaş” və “Qalatasaray”da da çıxış edib. Təcrübəli qolkiper Türkiyə millisində də 2 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı