Dünya futbolu
“Mançester Siti” ciddi sanksiyalarla üz-üzə
“Mançester Siti” “Yuventus”un aqibətini yaşaya bilər. “Şəhərlilər”lə bağlı araşdırmaların nəticəsi İngiltərə klubu üçün ürəkaçan deyil.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqası rəhbərliyi klubda apardığı audit yoxlamasını yekunlaşdırıb və 2009-18-ci illər aralığında ciddi maliyyə pozuntuları aşkarlayıb. 100-dən çox belə pozuntu var, onlar təsdiqini tapsa, “Mançester Siti”nin hesabından 15 xal silinəcək.
Hazırda araşdırmalar davam edir. “Şəhərlilər” özünü müdafiə etməyi bacarmasa, hətta klubun Premyer Liqadan kənarlaşdırılması da mümkündür.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı