Dünya futbolu
“Mançester Siti” “Tottenhem”ə rəqib oldu
İngiltərə Federasiya Kubokunda 4-cü turun püşkü atılıb. Bu mərhələdə “Çelsi” “Aston Villa”ya, “Mançester Siti” “Tottenhem”ə rəqib olub.
Bəzi komandaların rəqib isə daha sonra bəlli olacaq. Bu yarışda heç-heçə bitən oyunlar təkrar keçirildiyindən bəzi komandalar rəqibini gözləməli olacaq.
Botford – Sauthempton
Blekbern – Rekshem
Bornmut – Suonsi
Vest Bromviç – Brentford/Vulverhempton cütünün qalibi
Vest Hem/Bristol Siti cütünün qalibi – Nottingem Forest/Blekpul cütünün qalibi
Lester – Hall Siti/Birmingem Siti cütünün qalibi
Şeffild Uensdey – Koventri
Çelsi – Aston Villa
İpsviç – Meydston Yunayted
Liverpul – Norviç/Bristol Rovers cütünün qalibi
Tottenhem – Mançester Siti
Lids – Plimut
Kristal Pelas/Everton cütünün qalibi – Luton/Bolton cütünün qalibi
Nyuport/İstli cütünün qalibi – Mançester Yunayted
Şeffild Yunayted – Brayton
Fulhem – Nyukasl
4-cü turun oyunları yanvarın 27-28-də olacaq.