Dünya futbolu
“Mançester Siti”dən Alvaresə yeni təklif
“Mançester Siti” Xulian Alvaresə yeni müqavilə təklif edib. “Şəhərlilər” hücumçusu ilə hazırkı anlaşmanın müddətini uzatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Alvaresi yayda heyətinə qatan İngiltərə klubu onunla 5 illik müqavilə bağlamışdı. Payızda dünya çempionu olan, Premyer Liqada da özünün doğruldan hücumçu digər klubların diqqət mərkəzinə düşüb. Bu səbəbdən “Siti” futbolçu ilə müqaviləni 2027/28 mövsümünün sonunadək uzatmaq istəyir.
Xatırladaq ki, “Barselona” Alvaresi transfer etməyə çalışır.