Dünya futbolu
“Mançester Yunayted”də əsas söz sahibi o olacaq
Qətərli investorlar “Mançester Yunayted” almaqda qərarlıdır. Təsadüfi deyil, artıq kluba kimin rəhbərlik edəcəyini də müəyyənləşdiriblər.
Futbolinfo.az “RMC Sport”a istinadən xəbər verir ki, İngiltərə klubunun prezidenti Hasan Əl-Tavadi olacaq. O, Qətərdə ən nüfuzlu idman adamlarından biridir. Bu ölkədə keçirilən son Dünya Çempionatının Təşkilat Komitəsinə rəhbərlik edən Əl-Tavadi Mançester klubunda əsas söz sahibi olacaq.
Xatırladaq ki, qətərli investorlar “Mançester Yunayted”i almaq üçün İngiltərə klubunun hazırkı sahiblərinə – Qleyzerlər ailəsinə 5 milyard funt-sterlinq təklif edib. Mövsümün sonunda tərəflərin alış-satışı tamamlaması gözlənilir.