Dünya futbolu
“Mançester Yunayted” əvəzedici axtarır
“Mançester Yunayted” müdafiəçi axtarışını davam etdirir. Lük Şounun zədələnərək uzun müddətə sıradan çıxması Premyer Liqa təmsilçisini təcili addımlar atmağa məcbur qoyub. Transfer pəncərəsi bağlanana kimi keçid həll edilməlidir.
Futbolinfo.az xəbər verir ki, Mark Kukurelianı “Çelsi”dən bir illik icarəyə götürməyə çalışan mankunianlar digər variantlar üzərində də işləyir. Artıq bir neçə sol cinah müdafiəçisi üçün klubuna təklif göndərilib.
Mançesterlilərin digər namizədi “Tottenhem”dən Pyer-Emil Höyberqdir. Londonlular 28 yaşlı danimarkalı oyunçunu 45 milyon avro qarşılığında satmağa da razıdır. Amma “Yunayted”ə Şounun dönüşünəcən müvəqqəti əvəzedici lazımdır. Ona görə də daha çox icarə haqqında düşünürlər. Bu varianta uyğun gələn daha bir oyunçu Markos Alonsodur. “Barselona”nın adını iştirak ərizəsinə salmadığı futbolçunun gedişi gözləndilir.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu