Dünya futbolu
“Mançester Yunayted” fevralda satılacaq
“Mançester Yunayted” rəhbərliyi gələn ay klubun satışı ilə bağlı son qərarı verəcək. Qleyzer ailəsi fevrala kimi gələn təkliflərə baxacaq.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”i almaq üçün bir sıra Asiya ölkələrindən, eləcə də ABŞ-dan ciddi müştərilər var. Onlar fevralın ortasına kimi klub sahiblərinə real təklif göndərəcək. Həmçinin britaniyalı milyarder Cim Retkliff vəziyyəti müşahidə etdiyini və klubun alışı üçün hərəkət edə biləcəklərini açıqlayıb.
The Telegraph”ın yazdığına görə, hələlik heç bir rəsmi danışıq olmayıb. Çüni Qleyzer ailəsi klubun taleyi ilə bağlı yekun qərar verməyib. Amerikalı iş adamlarının klubu tamamilə satmaq istədiyi, yoxsa hissələri satışa çıxaracağı bəlli deyil. Amma fevralda klubun sahiblərinin dəyişməsi yüksək ehtimaldır.