Dünya futbolu
“Mançester Yunayted” kubokun qalibi oldu
İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbəri verir ki, həlledici oyunda “Mançester Yunayted” və “Nyukasl” komandaları qarşılaşıblar.
“Uembli” stadionunda baş tutan final matçı “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mançesterlilərin heyətində Kazemiro (33-cü dəqiqədə) və Markus Raşford (39) fərqləniblər.
Daha öncə 1992, 2006, 2009, 2010 və 2017-ci illərdə turnirin qalibi olan “Mançester Yunayted” altıncı dəfə kuboku qazanıb.