Dünya futbolu
“Mançester Yunayted” Ronaldonu icarəyə verəcək
“Mançester Yunayted” futbolçusu Kriştianu Ronaldonu icarəyə verməyi planlaşdırır. Klub rəhbərliyi portuqaliyalı hücumçunu satmaq istəmədiyindən belə addım atmaq niyyətindədi.
“Qırmızı şeytanlar” 37 yaşlı futbolçunun müqaviləsini 2024-cü ilin yayına qədər uzatmaq variantından yararlanmaq və onu qarşıdakı mövsüm üçün icarəyə vermək niyyətindədir. Klub rəhbərliyi ümid edir ki, komanda 2022-2023 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanacaq və Ronaldo komandaya qayıdaraq 2023-2024 mövsümündə onlara kömək edəcək.
Qeyd edək ki, 2021-ci ildən “Mançester Yunayted”də çıxış edən Ronaldonun “Atletiko”ya keçəcəyi haqda xəbərlər yayılıb.