Dünya futbolu
Mançesterlilər geri çəkildi
“Mançester Yunayted” Meyson Mauntu transmer etməkdən vaz keçib. “Çelsi” ilə qiymət mövzusunda anlaşa bilməyən “qırmızı şeytanlar” fasilə götürüb.
Futbolinfo.az xəbər verir ki, yayda nəzərdə tutulan digər transferlərin necə alınmasından asılı olaraq qərar veriləcək. Mançesterlilər “zadəganlar”ın həmin vaxtadək qiymətdə endirim edəcəyinə ümidlidir.
55 milyon funt-sterlinq tələb edən “Çelsi” yeni transferlər üçün büdcəsini yaxşılaşdırmaq istəyir. Lakin heyətdə oyunçu sayı da kifayət qədər çoxdur. Ona görə də Maunt kimi oynamaq şansı az olan futbolçuların yola salınması lazımdır. “Mançester Yunayted” transfer pəncərəsinin sonuna yaxın londonluların güzəştə gdəcəyinə ümid edir.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?