Dünya futbolu
Mane cəzalandı
“Bayern” Sadio Maneni cəzalandırıb. Buna 31 yaşlı hücumçunun Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” ilə ilk oyunundan (0:3) sonra komanda yoldaşı Leroy Saneni vurması səbəb olub.
Seneqallı futbolçu Bundesliqanın növbəti turunda evdə “Hoffenhaym”la keçiriləcək görüçü buraxacaq. Onun maddi cəhətdən də cərimələnəcəyi gözlənilir.
Almaniya mətbuatının yazdığına görə, Mane bu gün Münhen təlim mərkəzinə gəlib. Futbolçunun yaxşı əhval-ruhiyyədə olduğu qeyd edilir. Klub Manenin bu gün komandadan üzr istəməsini gözləyir.
Qeyd edək ki, Mane “Mançester Siti” ilə oyundan sonra paltardəyişmə otağında Sane ilə dalaşmışdı. Əvvəlcə Mane Sanenin sözlərinə əsəbiləşdiyi üçün onu vurub. Daha sonra tərəflər əlbəyaxa dava ediblər.
Ümumiyyətlə, Sadio Almaniyadakı durumundan məmnun deyil. O, yayda ayrıldığı “Liverpul”a dönmək istəyir.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…