Dünya futbolu
Marseldən Romaya
Matteo Gündüzi karyerasında ilk dəfə İtaliyada oynayacaq. Fransa millisinin üzvü yenə vətənini tərk edir.
Futbolinfo.az xəbər verir ki, Marsel “Olimpik”inin üzvü İtaliyaya yollanmağa yaxındır. Yarımmüdafiəçi “Latsio” ilə danışıqları yekunlaşdırmaq üzrədir. Romalılar onu sonradan transfer etmək şərti ilə bir illik icarəyə götürür.
2021-ci ilin yayında “Arsenal”dan icarəyə götürülən, ötən yay isə 11 milyon avro qarşılığında transfer edilən yarımmüdafiəçinin marsellilərlə 2025-ci ilin yayınadək müqaviləsi var. Daha öncə “Loryan” və “Herta”da da oynamış futbolçu üçün A Seriyası çıxış etdiyi 4-cü çempionat olacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu