Dünya futbolu
Marselonun da “Real”dan ayrılacağı dəqiqləşdi
“Real”ın müdafiəçisi Marselo bu yay Madrid klubundan ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü məlumat verib.
O, Çempionlar Liqasının finalında “Liverpul”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə bunları deyib: “Bəli, bu, mənim “Real”da son matçım idi”.
Xatırladaq ki, 34 yaşlı oyunçu 2007-ci ildən Madrid təmsilçisində oynayır. Onun klubla müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.
“Real”da Marselodan öncə Qaret Beyl və İskonun komandadan ayrılacağı dəqiqləşmişdi.