Dünya futbolu
Marselonun yeni klubu bəlli oldu
Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq müdafiəçisi Marselonun yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin “Fluminense” komandasına keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti daha bir artırılmaq şərti ilə 2024-cü ilin dekabr ayına kimi anlaşıblar.
Xatırladaq ki, Marselonun son komandası Yunanıstan “Olimpiakos”u olub. O, bu mövsümün əvvəlindən formasını geyindiyi sözügedən klubu bir neçə gün öncə tərk etmişdi.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”