Digər idman növləri
Maykl Cordanın ayaqqabı kolleksiyası hərracda 8 milyon dollara satıldı
Əfsanəvi basketbolçu Maykl Cordanın altı idman ayaqqabısından ibarət kolleksiyası hərracda 8 milyon dollara satılıb. Bu barədə ESPN xəbər verib.
Satılan dəst Air Jordan VI (1991), Air Jordan VII (1992), Air Jordan VIII (1993), Air Jordan XI (1996), Air Jordan XII (1997) və Air Jordan XIV (1998) ayaqqabılarından ibarətdir. Maykl Cordan məhz bu ayaqqabıları geyinərək altı MBA Finalında qalib gəlib və bu titullar ona MVP mükafatını qazandırıb. Ayaqqabıların bəzilərində basketbolçunun avtoqrafı da var.
Məlumata görə, lotun yekun qiyməti 8 032 800 dollar olub. Bu da idman yarışlarında geyilən ayaqqabıların satışı baxımından dünya rekordudur.
Maykl Cordan 1984-2003-cü illərdə Milli Basketbol Assosiasiyasında Çikaqo komandasının heyətində oynayıb. Karyerası ərzində o, altı dəfə MBA çempionluğunu qazanıb və hər dəfə də final seriyasının ən dəyərli basketbolçusu seçilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var