Bizi izləyin

Digər idman növləri

MBA başlayır: Güclü “Naggets”, iddialı “Leykers”, zəif “Dallas” və əsas favorit “Seltiks”

blank
blank

Bu həftə dünyanın ən güclü liqası yeni mövsümünə başlayır. Son illərdə bəlkə də ilk dəfədir ki, o ən güclü variantda start götürür. Ulduzlardan ibarət yeni nəsillə son mövsümlərini keçirməkdə olan korifeylərin qarşıdurması olmalıdır.

Bir tərəfdə hər kəsin təriflər yağdırdığı və draftın 1 nömrəsi Viktor Vembanyama, digər tərəfdə daha bir titul qazanmaq üçün alışıb yanan Lebron Ceyms və Stiv Kerri. MBA-da bu mövsüm üçün rəqiblərini ciddi şəkildə qabaqlayan və ya aşkar autsyader komanda yoxdur. Bu baxımdan yeni mövsümü son 40 ilin ən maraqlısı adlandırmaq olar.

Yeni çempionat başlamazdan əvvəl reqlamentdə müəyyən dəyişikliklər edilib. İlk dəfədir ki, mövsümün ortasında turnir keçiriləcək. 30 komanda təsadüfi şəkildə 6 qrupa ayrılacaq. Noyabrın 3-dən 28-dək onlardan hər biri qrupdakı rəqibləri ilə ikisi evdə, ikisi də səfərdə olmaqla bir oyun keçirəcək. Dörd oyundan ən yaxşı nəticə göstərən iki komanda pley-ofa çıxaraq yolunu davam etdirəcək.

¼ final oyunları dekabrda start götürəcək. Final isə dekabrın 9-da oynanılacaq. Bu isə o deməkdir ki, çempion və vitse-çempion mövsümdə 83, digərləri isə 82 oyun keçirəcək. Turnirin mükafat fondu da var. Qalib komandanın hər bir üzvünə 500 min dollar ödəniləcək.

Digər bir yenilik basketbolçuların oyun sayı ilə bağlıdır. Fərdi mükafat qazanmaq üçün bir oyunçu ən azı 65 görüşdə meydançaya çıxmalıdır. Bundan başqa, komandalar öz liderlərinə istədikləri kimi istirahət verə bilməyəcəklər. Belə olan halda araşdırma başlanacaq. Əsas kriteriyalar oyunun reytinqidir. Ümummili televiziyada yayımlanan oyun zamanı ulduz basketbolçunun iştirak etməməsi araşdırmaya başlamaq üçün səbəb ola bilər. Bir komandanın bir neçə ulduz basketbolçusunun yoxluğu da nəzarətə götürüləcək.

“Ulduz basketbolçu” qrupuna son 3 mövsüm ərzində rəmzi yığmaya düşən və ya “Ulduzlar oyunu”nda iştirak edənlər daxildir. Qaydaları pozan komandalar ən azı 100 min dollar cərimə ödəməlidir.

blank

Oyun qaydalarında iki yenilik var. Bundan sonra simulyasiyaya görə texniki fol veriləcək. Baş məşqçilərin çelenc imkanı da artırılıb. Yeni mövsümdən, götürdükləri çelenc zamanı haqlı çıxarlarsa , bu, limitdən çıxılmayacaq.

Son 15 il ərzində liqada və basketbolun özündə ciddi dəyişikliklər üzə çıxıb. Oyunun necə inkişaf etdiyini , basketbolun hara irəlilədiyini Yannis-Embiid-Yokiçin ifasında görmək mümkündür.

“Sakramento Kinqs”, “Memfis Qrizzlies”, “Oklahoma Siti Tanders”, “ Klivlend Kavalers” və “Nyu-York Niks” kimi gənc komandalar artıq tam püxtələşib və yaşlı komandaların yerini tutmağa hazırdır.

Qərb konfransı o qədər qarışıqdır ki, proqnoz vermək mümkün deyil. “Boston” yayda Porzingisi heyətinə qatdıqdan sonra finala əsas namizəd olmalıdır. Markus Smartın əvəzinə Cru Holidey gəlib. Teytum və Braun liqanın superulduzlarıdır. Latviyalı basketbolçunun gəlişi onların əl-qolunu açmalıdır.

Liqanın kralı isə karyerasını yüksək notda bitirməyə çalışacaq. 21-ci mövsümünə başlayan Lebron Ceymsə görə “Los-Anceles Leykers”i də konfransın favoritləri sırasına qatmaq olar.

Fərdi mənada bütün diqqətlər Viktor Vembanyamanın üzərində olmalıdır. Son illərdə Avropadan MBA-ya bu səviyyədə basketbolçu getməyib. Uzun boya rəğmən yüksək texnikaya malik oyunçular çox nadir hallarda peyda olur. Viktor da məhz bu qəbildəndir. Çatışmayan cəhətini də yaxşı bilir. Məhz bu səbəbdən də özü ilə şəxsi məşqçisini gətirib və çəkisini artırıb. Bu yanaşma istedadın batmayacağından xəbər verir. Belə olan halda qarşıdakı onilliyin ulduzunun kim olacağını söyləmək çətin deyil. Autsayder “San Antonio Spörz”ün imidi məhz builki drafta idi. Artıq fransız basketbolçu heyətdədir. Bundan sonra nəticələri yaxşılaşdırmaq lazımdır. Bu heyət ən azından pley-ofa yüksəlməyə imkan verməlidir.

blank

Diqqət ediləsi komandalardan biri “Miluoki Baks” olmalıdır. 11 il Portlenddə oynadıqdan sonra Demmien Lillard Miluokiyə titul dalınca gəlib. Liqanın ən güclü müdafiəçilərindən biri ilə Yannisin dueti möhtəşəm olmaldır. Demienlə Yannis çoxdan idi ki, birlikdə oynamağı arzulayırdılar. Məhz bu istəyin də olması Miluokini Şərqin favortlərindən birinə çevirir.

Metyu İşbinin gəlişi “Finiks Sans”ın problemlərini arxada qoyub. Komanda liqada ən böyük üçlüyə malikdir. Dürant , Buker və Bil qorxulu görünür.

Ötən mövsüm Kayri İrvinqlə Luka Donçiç dueti ən məhsuldar idi. Onlar birlikdə orta hesabla bir oyunda 60 xal toplayırdılar. Buna baxmayaraq komanda zəif görünürdü. Bu il də uğur qazanılmasa , rəhbərlik ciddi dəyişikliklərə əl atacaq.

Filadelfiyada vəziyyət acınacaqlıdır. Ceyms Harden komandada qalmaq istəmir. Rəhbərlik onun üçün variantlar axtarır. Ancaq çempionat başalayana qədər heç nə etmək mümkün olmayıb. Bu səviyyədə olan ulduz basketbolçunu itirmək “Siksers” üçün təsirsiz ötüşməyəcək. Ən maraq doğuran suallardan biri 32 yaşlı müdafiəçinin harada oynayacağıdır.

Son çempionda işlər qaydasındadır. Nikola Yokiç , Camal Mürrey və baş məşqçi Maykl Melounun ambisiyaları heç də azalmayıb. Onlar Denverdə qalib komanda formalaşdırmaq fikrindədirlər. 1995-ci ildən bu yana MBA-da bir komanda iki il ardıcıl çempion olmayıb. Bu da “Naggets” üçün əlavə motivasiyadır.

Bir də əlbəttə ki, “Qolden Steyt Vorriors”u yaddan çıxarmaq olmaz. Stiv Kerri və Dreymond Qrin 2026-cı ilə qədər bu komandadırlar. Onların yanına 37 yaşlı Kris Pol da gətirilib.

blank

Müntəzəm çempionat ənənəvi olaraq parlaq afişa ilə start verir. İlk oyun günündə Los-Ancelesdə Lebron və komanda yoldaşları son çempionu qəbul edıəcəklər. Digər bir maraqlı oyun isə “Qolden Steyt Vorriors”la “Finiks Sans” arasında olmalıdır. Bir sözlə basketbol azarkeşlərinin darıxdırıcı günləri geridə qalıb. Onlar həftənin hər bir günündə əsrarəngiz şoulara tamaşa edəcəklər.

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm