Digər idman növləri
MBA-da ayın ən yaxşı baş məşqçiləri elan edildi
Tayron Lyu və Co Mazualla MBA-da ayın ən yaxşı baş məşqçiləri seçiliblər.
Lyu dekabr ayında Qərb konfransında ən yaxşı olub. Onun başçılıq etdiyi “Los-Anceles Klippers” komandası ötən ilin son ayı ərzində 13 oyunun 11-də qələbə qazanıb. Hazırda komanda Qərb konfransında 4-cü pillədədir. Komandanın 33 oyunda 21 qələbəsi var.
“Boston Seltiks”in baş məşqçisi Co Mazualla isə Şərqdə ən yaxşı elan edilib. Dekabrda “Seltiks” 14 oyunun 12-də qalib gəlib. Bu da liqanın ən yaxşı göstəricisidir. Hazırda komanda 33 oyunun 26-da qələbə qazanmaqla müntəzəm çempionatda liderdir.