Digər idman növləri
MBA-da tarixi göstərici
Bu gecə MBA-da tarixi nəticə yenilənib. Detroytda keçirilən oyunda yerli “Pistons”la “Bruklin Nets” qarşılaşıb. Qonaqlar 118:112 hesabı ilə qələbə qazanıblar.
Bu, Detroyt komandası üçün ardıcıl 27-ci məğlubiyyət olub. Beləliklə də onlar MBA-nın müntəzəm çempionatları üçün antirekordu yeniləyiblər.
Görüşün ən məhsuldar basketbolçusu Kedd Kanningem olub. “Pistons”un oyun qurucusu görüşdə 41 xal toplayıb və 9 ribaund edib. Qonaqların heyətində Kamerion Conson 24 xal yığıb.