Digər idman növləri
MBA oyunçularının hazırkı reytinqi
Dünyaca məşhur “The Ringer” portalı 2023/2024 mövsümü üçün 100 ən yaxşı MBA oyunçusunun illik siyahısını təqdim edib. Bu siyahı mövsüm ərzində liqaya ən çox təsir edən oyunçulardan ibarətdir.
Futbolinfo.az xəbər verir ki, reytinq idmançıların oyunundan və nailiyyətlərindən asılı olaraq daim dəyişir.
“Denver Naggets”in lideri Nikola Yokiç hazırda siyahıda birinci yerdədir. “Los-Anceles Leykers”in lideri Lebron Ceyms isə ilk 10-luğa daxil edilməyib və hazırda 12-ci yerdədir. Onun komanda yoldaşı Entoni Devis 11-ci yerdə qərarlaşıb. Türkiyəli basketbolçu Alperen Şengün isə 41-ci pillədədir.
“The Ringer”in versiyasına görə, hazırda 2023/2024 mövsümünün ən yaxşı 10 MBA oyunçusu:
1. Nikola Yokiç
2. Yannis Antetokumbo
3. Luka Donçiç
4. Şey Gilgs-Aleksander
5. Coel Embiid
6. Kavay Leonard
7. Stiven Körri
8. Ceyson Teytum
9. Kevin Dürant
10. Devin Buker
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə