Dünya futbolu
Mbappe Madriddə nə qədər qazanacaq?
Yayda PSJ-ni “Real”a dəyişəcəyi gözlənilən Kilian Mbappe Madriddə mövsümdə 60 milyon avro qazanacaq. Bu barədə İspaniya mətbuatı xəbər verir.
Mbappe əlavə olaraq “Real”la müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq. Bu, onun Parisdə qalmadığı üçün imtina etdiyi sadiqlik bonusunun əvəzinə ödəniləcək.
Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək və müqaviləsinin müddəti 6 ildir.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirən hücumçu, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var