Dünya futbolu
Mbappe rekordu təkrarladı
Liqa 1-in 25-ci turu çərçivəsində baş tutan Marsel “Olimpik”i ilə oyun PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, Mbappe bu qarşılaşmada dubla imza atıb.
Nəticədə o da PSJ-də vurduğu qolların sayını 200-ə çatdırıb və Paris təmsilçisinin sabiq hücumçusu Edinson Kavaniyə məxsus rekordu təkrarlayıb. Mbappe daha bir qol vuracağı halda mütləq rekordçuya çevriləcək. Lakin Kilian 200 qol həddinə Kavanidən 55 oyun az keçirərək nail olub. Mbappe 246, Kavani isə 301 qarşılaşmada bunu bacarıb.
Xatırladaq ki, Mbappe bu mövsüm Fransa çempionatında meydana çıxdığı 21 oyunda 17 qola imza atıb.