Ölkə futbolu
Medina “Qarabağ”da qaldı
Kevin Medina azı daha bir mövsümü “Qarabağ”da keçirəcək. Kolumbiyalı müdafiəçi bu gün komanda ilə birlikdə Polşaya yollanıb.
Futbolinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, təcrübəli oyunçu qalmağa qərar verib.
Medinanı “Çaykur Rizəspor” transfer etmək istəyirdi. Futbolçuya ikimövsümlük bir milyon dollar maaş edən Türkiyə klubu “Qarabağ”a da transfer haqqı təklif etmişdi. Amma baş məşqçi Qurban Qurbanov onun buraxılmasına razılıq verməyib. Müdafiəçi özü də klub rəhbərliyi ilə söhbətdən sonra getmək israrından əl çəkib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO