Dünya futbolu
Mendi “Real”dan ayrılmaq istəyir
Ferlan Mendi “Real”dan ayrılmağa hazırlaşır. Fransalı müdafiəçi klubun ona etibar etmədiyini düşünür və klub axtarışına başlayıb.
Futbolinfo.az “Marca”ya istinadla xəbər verir ki, futbolçu Madrid təmsilçisindən yaxşı şərtləri olan yeni müqavilə təklifi gözləyirmiş. Amma “Real” rəhbərliyi fərqli düşünür. Bu səbəbdən oyunçu menecerinə yeni təkliflərlə maraqlanmağı tapşırıb.
Premyer Liqadan və A Seriyasından dəvətləri olan Mendi 2019-cu ildən “Real”dadır. Lion “Olimpik”indən 48 milyon avroya transfer edilən müdafiəçi ilə mövcud müqavilə 2025-də bitəcək. Seneqal əsilli fransalı daha yaxşı şərtlərə layiq olduğunu düşündüyündən getməyə qərar verib. 27 yaşlı müdafiəçi yayda yekun qərarını verəcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı