Dünya futbolu
Mer Premyer Liqanın bərpa olunmasını istəmir
Londonun meri Sadiq Xan İngiltərə Premyer Liqasının bərpa olunmasının tez olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sadiqin nümayəndəsi “Standard Sport”a açıqlamasında deyib:
“Sadiq, Premyer Liqanın və peşəkar liqaların davam etdirilməsini istəyir. Bununla yanaşı, hazırda olduğumuz vəziyyəti də nəzarətdə saxlamaq lazımdı. Hər gün yüzlərlə insan ölür. Sadiq, bu şərait altında Premyer Liqanın bərpasının müzakirəsinin hələ tez olduğunu düşünür”.
İngiltərədə iyundan futbol yarışlarının keçirilməsinə icazə verilib. Koronavirusa görə dayandırılan Premyer Liqanın iyunun 12-də bərpa olunacağı gözlənilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”