Digər idman növləri
“Mercedes”in rəhbəri Şumaxerə inanır
“Mercedes”in rəhbəri Toto Volff komandanın ehtiyat pilotu Mik Şumaxerin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
“Düşünürəm ki, Mik peletonda yer almağa layiqdir. Maşınınızdan əmin olmadığınızı nə qədər çox hiss edirsinizsə, bir o qədər sizə təzyiq göstərilir, bu da nəticənizə təsir edir. “Haas”da Şumaxer məhz bunları yaşadı.
Mik sürətlidir. Formula 3 və Formula 2-də çempion olmaq üçün yüksək potensiala ehtiyac duyulur. Şadam ki, bizim belə əla üçüncü sürücümüz var və əminəm ki, əsas sürücülərdən birinin əvəz edilməsinə ehtiyac yarandıqda o bu vəzifənin öhdəsindən gələcək. Onun simulyatordakı işi bəzən bizə irəliyə doğru böyük sıçrayışlar etməyə kömək edir”, – deyə Volff Formula 1-in rəsmi saytına müsahibəsində qeyd edib.
Mik Şumaxer 2021-ci ildən 2022-ci ilə qədər “Haas” komandasının heyətində mübarizə aparıb. 24 yaşlı almaniyalının ən yaxşı nəticəsi 2022-ci il Avstriya qran-prisində altıncı yer olub.
2023-cü il mövsümündən etibarən Şumaxer “Mercedes”in ehtiyat sürücüsüdür.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib