Dünya futbolu
Messi Çempionlar Liqasındakı rekordunu yenilədi
Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.
22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kristiano Ronaldodur. Hazırda “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu ÇL-də 38 komandaya qol vurub.
Yeri gəlmişkən, Messi ÇL-də vurduğu qolların ümumi sayını da 127-yə çatdırıb. Hansı ki, bu siyahıya da 140 qolla Kristiano Ronaldo başçılıq edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?