Dünya futbolu
Messi dayandı, komandası qalib gələ bilmədi
Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyununu keçirib. Argentinalı ulduzun komandası azarkeşləri önündə “Neşvill”i qəbul edib.
Oyun qolsuz başa çatıb – 0:0. 90 dəqiqə meydanda olan Messi “İnter Mayami”də ilk dəfə fərqlənə bilməyib. Komanda hazırda 24 oyuna 22 xalla 14-cü sırada qərarlaşıb.
Messi MLS klubunda 9 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə edib. Amma bu matçların əksəriyyəti çempionatda deyil, kubok mübarizəsində reallaşıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza