Dünya futbolu
Messini görməyən azarkeşlər təzminat alacaqlar
“İnter Mayami” ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar.
Futbolinfo.az xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlər məhz 38 yaşlı forvardın oynamamasına görə etiraz ediblər.
Bildirilir ki, onların əksəriyyəti biletləri məhz Messini izləmək üçün alıblar. Ona görə də fanatlar biletlərinin qiymətlərinin 50 faizi məbləğində təzminat alacaqlar.
Maraqlıdır ki, bu matça biletin minimum qiyməti 115 avro olub.
Xatırladaq ki, Messi zədə səbəbindən bu oyunda ehtiyatda qalıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı