Dünya futbolu
Messinin oynamama səbəbi məlum oldu
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin “Honq Konq 11” klubu (4:1) ilə qarşılaşmada oynamamasının səbəbini açıqlayıb.
Futbolinfo.az “South China Morning Post”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu qərarı həkimlərin verdiyini bildirib:
“Bu gün stadionda əyləndik. Luis Suares və Lionel Messinin olmaması səbəbindən azarkeşlər arasında böyük məyusluğu anlayırıq. Bu, həkimlər qrupunun qərarı idi. Onların fiziki durumunu yoxladıq. Oyunçuları meydana buraxsaydıq, fiziki sağlamlıqlarını riskə atmış olardıq. Azarkeşlərin çox üzüldüyünü başa düşürük və onlardan üzr istəyirik. Biz istərdik ki, Messini bir müddət meydanda oynatmaq mümkün olsun, lakin risk çox böyük idi”.
Tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 azarkeş olub. Bununla belə, Messi bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib. Çünki onun bud nahiyəsində dartılma olub. Suares isə heç bir səbəb olmadan ehtiyatda qalıb.
Matç üçün biletin minimum qiyməti 115 avro olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var