Dünya futbolu
Messinin rekordu qırıldı
“Real” İspaniya La Liqasının 26-cı turunda “Barselona”nı məğlub edib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüşdə hesabı açan Vinisius Junior “el klasiko” tarixinə düşüb.
Belə ki, braziliyalı hücumçu La Liqa çərçivəsində keçirilən “el klasiko”larda qol vuran ən gənc futbolçu olub.
“Barselona” ilə oyunun 71-ci dəqiqəsində fərqlənən Vinisius, buna 19 yaş 233 günlüyündə nail olub. Bundan əvvəlki rekord Lionel Messiyə aid idi. Argentinalı futbolçu La Liqa çərçivəsində keçirilən “el klasiko”larda ilk qolunu 19 yaş 259 günlüyündə vurmuşdu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı