Ölkə futbolu
Meza Kollinin taleyinə aydınlıq gəldi
Sezar Meza Kollinin “Keşlə”dəki taleyinə aydınlıq gəlib.
Futbolinfo.az xbər verir ki, bu haqda fanat.az-a Bakı təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov məlumat verib.
O, “Universitatiya Krayova”dan icarəyə götürülən paraqvaylını komandada saxlayacağını deyib:
“Meza Kollinin icarə müqaviləsi başa çatsa da, komandada qalmasını istəyirəm. Düzdü, mən klublararası danışıqlara qarışmıram. Amma Sezar bizim ən vacib oyunçularımızdan biridi. Müqavilə ilə məxsus olduğu Rumıniya klubu ilə razılığa gəlmək artıq rəhbərliyin işidi”.
Əhmədov komandada ciddi islahatlar aparmağa hazırlaşmadığını da söyləyib:
“İndiki heyətin 90 faizini saxlayacağıq. Əlbəttə, hər mövsüm “yeni qan” lazım olur və bu, çox vacibdi. Bir-iki yeni futbolçu götürmək və formalaşdırılan kollektivi daha yaxşı səviyyəyə çatdırmaq əsas hədəfimizdi”.
Qeyd edək ki, AFFA Meza Kollini milliləşdirmək niyyətindədi.