Dünya futbolu
“Milan” həsrəti bitirib “Yuventus”a şərik oldu
“Milan” 16 illik həsrətə son qoydu. Son İtaliya çempionu 2006/07 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasında yarımfinala vəsiqə qazandı.
Futbolinfo.az xəbər verir ki, qitə arenasında İtalyanın ən titullu klubu olan “rossonyerlər” həm də “Yuventus”un rekordunu təkrarladı. İndiyədək A Seriyası təmsilçilərindən yalnız turinlilər Avropanın ən mötəbər turnirində 7 dəfə yarımfinalda oynamışdı. Dünən “Napoli”ni yenən “qırmızı-qaralar” da bu göstəriciyə çatdı.