Dünya futbolu
“Milan” Pulişiç üçün “Real”la anlaşdı
Kristian Pulişiç tezliklə “Milan” oyunçusu olacaq. “Çelsi”dən ayrılmağa qərar verən vinger İtaliya klubu ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, şəxsi anlaşmasının detallarını razılaşdıran ABŞ millisinin üzvü sabah Milana gəlib rəsmi müqaviləyə imza atmalıdır. Çünki klublar da onun keçidini razılaşdırıb. “Çelsi” bu transferdən 20 milyon dollar qazanacaq.
24 yaşlı xorvat əsilli oyunçu 2019-cu ildə Dortmund “Borussiya”sından 64 milyon avroya transfer edilmişdi. Onun “zadəganlar”la müqaviləsi gələn yay başa çatırdı.