Dünya futbolu
Milandan Marselə gedən var
Marsel “Olimpik”i “İnter”in futbolçusunu heyətinə qatmaq istəyir. Lüsien Aqoume ilə bağlı müzakirələr balayıb və tezliklə yekunlaşacaq.
Futbolinfo.az xəbər verir ki, Fransa klubu 21 yaşlı kamerunlunu icarəyə götürmək, daha sonra birdəfəlik almaq niyyətindədir. Danııqlar uğurla bitsə, elə bu ay dayaq yarımmüdafiəçisi “Olimpik”ə yollanacaq.
“Soşo” yetirməsi 2019-cu ildə Milan klubuna transfer olunub. Müxtəlif illərdə “Spetsiya, “Brest” və “Trua”da icarədə olmuş oyunçunun “İnter”lə müqaviləsi gələn mövsümün sonuna qədərdir.